00:00:00
Yazar
Zəhra Həsənova
11.08.2026 17:41 17 1 dəq oxuma
İdman

"Sabah"ın cavab matçındakı üstünlükləri nələrdir?

"Sabah"ın cavab matçındakı üstünlükləri nələrdir?

“Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Orhus”u qəbul edəcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Cavab matçından əvvəl “Orhus”un futbolçusu Tobias Bek “Sabah”a qarşı pressinqin artırılmasının və taktiki düzəlişlərin vacibliyini vurğulayıb. 


Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, “Sabah" yenə hücumda olacaq və intensiv futbol oynayacaq:


“Birinci matçda da gördük ki, "Sabah" daha yaxşı və üstün futbol oynayan komandadır. Epizodları daha çox əldə edən tərəf biz idik və ilk qarşılaşmada rəqibdən daha yaxşı oynadıq. Çoxlu şansımız olsa da, sadəcə yararlana bilmədik. Rəqib isə yalnız müdafiə olunaraq əks-hücumda iki uzaq zərbə ilə qol vurdu. Cavab matçında "Sabah" yenə intensiv futbol oynayacaq və bu, komandamıza uğur gətirə bilər. Çünki rəqibin müdafiəsində problemlər var, zədəliləri çoxdur və funksional olaraq tam hazır deyillər. Biz bu amillərdən istifadə edə bilərik. Düşünürəm ki, "Sabah" doğma meydanda və doğma divarlar arasında daha istəkli olacaq, qələbəyə yaxın tərəf kimi çıxış edəcək. Bu səbəbdən komandamızın turu keçməyə daha yaxın tərəf olduğunu hesab edirəm”.

Samirə Allahverdizadə

#nələrdir? #baki #azərbaycan #cavab #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər