00:00:00
Yazar
Ayan Sadi
27.08.2026 23:59 135 1 dəq oxuma
İdman

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

 

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri bəlli olub

Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycanın “Sabah” klubunun rəqibləri müəyyənləşib.

 

UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatması keçirilib. Püşkatmanı keçmiş futbolçular — fransalı Tyerri Anri və ispaniyalı David Vilya həyata keçiriblər.

 

Tarixində ilk dəfə “Çempionlar Liqası”nda iştirak edən Azərbaycan təmsilçisi “Sabah”ın rəqibləri bunlardır:

 

“Barselona”, “Arsenal”, “Borussiya Dortmund”, “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Sparta Praqa” və “Vikinq”.

 

Çempionlar Liqasında hər komanda evdə və səfərdə olmaqla ümumilikdə 8 oyun keçirəcək.

 

Liqa mərhələsinin bütün oyunları başa çatdıqdan sonra ilk 8 pillədə qərarlaşan komandalar birbaşa 1/8 finala yüksələcək.

 

9-24-cü yerləri tutan 16 komanda isə pley-off mərhələsində iki oyundan ibarət qarşılaşmalarda üz-üzə gələcək və 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq.

 

İlk 24-lükdə yer almayan komandalar isə turnirdə mübarizəni dayandıracaq.

 

Fiksturun ən geci avqustun 29-da açıqlanacağı Çempionlar Liqasında ilk həftənin oyunları sentyabrın 8-10-da keçiriləcək. Liqa mərhələsi 2027-ci il yanvarın 27-də başa çatacaq.

 

Turnirin final qarşılaşması 2027-ci il iyunun 5-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.

 

Çempionlar Liqasında oyun tarixləri:

 

1-ci həftə: 8-10 sentyabr

 

2-ci həftə: 13-14 oktyabr

 

3-cü həftə: 20-21 oktyabr

 

4-cü həftə: 3-4 noyabr

 

5-ci həftə: 24-25 noyabr

 

6-cı həftə: 8-9 dekabr

 

7-ci həftə: 19-20 yanvar 2027

 

8-ci həftə: 27 yanvar 2027

 

1/8 final pley-offu: 16-17 və 23-24 fevral 2027

 

1/8 final: 9-10 və 16-17 mart 2027

 

1/4 final: 6-7 və 13-14 aprel 2027

 

1/2 final: 27-28 aprel və 4-5 may 2027

 

Final: 5 iyun 2027

 

 

Mənbə: HABER GLOBAL

#rəqibləri #“sabah”ın #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər