00:00:00
Yazar
Admin User
08.12.2025 18:48 93 1 dəq oxuma
İdman

"Sabah" "Neftçi"ni məğlub edib

"Sabah" "Neftçi"ni məğlub edib

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.

 

"İnformator.az" xəbər verir ki, “Sabah” evdə “Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qələbə sayəsində “tələbələr” 28 xalla 2-ci pilləyə yüksəlib. Qonaqlar isə 16 xalla 8-ci yerdədir.

 

Günün ilk matçında “Qəbələ” ilə “Turan Tovuz” qarşılaşıb. Görüş qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılıb.

 

XIV turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Qarabağ"la heç-heçə edib - 1:1. Tur dekabrın 9-da başa çatacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər