00:00:00
Yazar
Admin User
09.09.2025 18:53 149 1 dəq oxuma
İdman

“Sabah” Polşa millisinin üzvünü heyətinə qatıb

“Sabah” Polşa millisinin üzvünü heyətinə qatıb

Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

 

"İnformator.az"  xəbər verir ki, polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.


Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər