"Sabah" Premyer Liqanın XIII turunda "İmişli"yə qalib gəlib
Misli Premyer Liqasının XIII turunda "Sabah" səfərdə "İmişli"yə qalib gəlib.
"İnformator.az" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyunda "bayquşlar" 3:0 hesablı qələbəyə seviniblər.
Bakı klubunun qollarını Amin Seydiyev (54) Stiv Solvet (60) və Kahim Parris (90+3) vurublar. 25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir. Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb. Tura noyabrın 30-da yekun vurulacaq.
