00:00:00
Yazar
Admin User
23.10.2017 13:33 1378 2 dəq oxuma
Sosial

“Sabah” qəzetinin yayım redaktoru İsa Tatlıcan Azərbaycan xalqından üzr istəyib

Ermənistanın işğalı və müharibədən sonra o torpaqlardan bir komandamız var sadəcə, adı eşidələndə boğazımız düyünlənir, səsimiz batır.
“Sabah” qəzetinin yayım redaktoru İsa Tatlıcan Azərbaycan xalqından üzr istəyib

“Qarabağ” komandası öz şəhərində məşq edə bilmir, öz şəhərində yarış keçirə bilmir, öz torpaqlarına gedə bilmir.  Tərəfdarları olan vətəndaşlarımız illərdir qaçqın, yurdlarından qovulub, zərər çəkib.

İnformator.az xəbər verir ki, bunu azərbaycanlı yazar Şəbnəm Karslı Türkiyənin “Sabah” qəzetinin jurnalisti Mövlud Tezelə müraciətində yazıb. O, məktubunda qeyd edib ki, Ermənistanın işğalı və müharibədən sonra o torpaqlardan bir komandamız var sadəcə, adı eşidələndə boğazımız düyünlənir, səsimiz batır.

“Sadəcə yarışı izləyib tənqid edən və yanında olan can qardaşlarının vəziyyətindən xəbərsiz olan biri üçün bilinməyənlərdir bunlar. Qarabağ komandasının etdiyi xareoqrafiyanı “əzik” hesab etmisiniz. Futbol mədəniyyətimizi də əksik. Təbii ki, yarışdan sonra oturacaqlar havada uçmadı, söyüşlər deyilmədi, tərəfdarlar heç kimə zorakılıq etmədi, sadəcə xareoqrafiya edəcək pulu tapmadılar, mədəniyyətsiz oldular. Qarabağ bizim qürur yerimiz oldu, sadəcə komanda deyil, eyni zamanda Vətənimizin qoparılmış bir parçasını simvolizə edir”, - Şəbnəm Karslı müraciətində yazıb.

Azərbaycanlı yazarın müraciətindən sonra “Sabah” qəzetinin yayım redaktoru İsa Tatlıcan onu redaksiyaya dəvət edib. Görüş zamanı İsa Tatlıcan həm qəzetlərinin, həm də Mevlüt tezelin bir qərəzi olmadığını bildirib və bir daha Azərbaycan xalqından üzr istəyib.

Yazar Mevlüt Tezel də Azərbaycanın Ermənistanla haqlı davasında hər daim Azərbaycanın yanında yer aldığını və Azərbaycan xalqını çox sevdiyini bildirib. Tezel həm Azərbaycan xalqından, həm də Qarabağ futbol klubunun tərəfdarlarından Üzr istəyib. Tezel Koreografiye dəstək verərək etdiyi səhvi düzəltməyi və Azərbaycan xalqının sevgisini qazanmaq istədiyini xüsusi qeyd etdi.

Görüş zamanı qeyd edilib ki, Mevlüt bəyin yazdığı iddia edilən, “sreen” olaraq dolaşan “twit” Mevlüt Tezelə aid deyil.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər