00:00:00
Yazar
Admin User
23.11.2025 13:11 119 1 dəq oxuma
İdman

"Sabah" "Şamaxı" ilə heç-heçə edib

"Sabah" "Şamaxı" ilə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XII turun növbəti oyununda "Sabah" və "Şamaxı" komandaları qarşılaşıb.

 

"İnformator.az" xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçda qalib müəyyənləşməyib - 0:0.

 

Görüşün baş hakimi Kamranbəy Rəhimov olub.

 

Dördüncü pillədə qərarlaşan Masazir təmsilçisi bu nəticə ilə xallarının sayını 22-yə çatdırıb. Şamaxı klubu isə 14 xalla səkkizincidir. 


Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "İmişli" oyunu ilə yekun vurulacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər