00:00:00
Yazar
Zəhra Həsənova
05.06.2026 21:27 26 1 dəq oxuma
İdman

"Sabah" Tellur Mütəllimovla müqaviləsini uzadıb

"Sabah" Tellur Mütəllimovla müqaviləsini uzadıb

“Sabah” klubu yay fasiləsində heyət planlaması istiqamətində ilk addımlardan birini ataraq təcrübəli müdafiəçi Tellur Mütəllimovla müqaviləni uzadıb. Azərbaycan millisinin üzvünün komandada qalması klubun gələcək hədəfləri baxımından mühüm qərar hesab olunur.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, Tellur Mütəllimov təcrübəli futbolçudur, uzun illərdir sabah da oynayır. Həm də nəzərə alaq ki, universal futbolçudur, yəni bir neçə mövqedə oynaya bilir:


"Cinahlarda, müdafiədə, həm yarımmüdafiədə onu görürük. Bu baxımdan Tellurun "Sabah"da qalması komanda üçün çox yaxşı olub. Ümumiyyətlə, "Sabah"  gələn il iki cəbhədə mübarizə aparacaq: həm avrokuboklarda, həm də milli çempionatda. Bu isə həftədə iki oyun deməkdir. Bu baxımdan heyət geniş, təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunmalıdır. Bunu nəzərə alaraq demək olar ki, bəli, Tellur "Sabah"a, xüsusən də Azərbaycan çempionatı oyunlarına köməyi dəyəcək".


Zəhra Möhübbətova

#yeni #xəbər #tellur #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər