"Sabah" və "Sumqayıt" turu heç-heçə ilə başa vurub
Misli Premyer Liqasının VI turunun son oyunu maraqlı qarşılaşma ilə yadda qalıb. "Sabah" komandası "Sumqayıt" klubunu "Bank Respublika Arena"da qəbul edib və oyun 1:1 hesabı ilə başa çatıb.
Mövzu haqqında idman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, hər iki komanda maraqlı mübarizə şəraitində oyun keçirib:
" Oyunda qarşılıqlı hücumlar, qollar sərgilənib. Hər iki komanda yaxşı mübarizə aparıb və demək olar ki,hər ikisi də medallar uğrunda rəqabət aparan komandadır. "Sumqayıt" bu il daha çox iddialıdır. Turnir cədvəli haqqında isə hələki dəqiq bir statistika yoxdur, bu səbəbdən mövsüm sonunu analiz etmək mümkün deyil. Bu turnir isə onu göstərib ki, həmin iki klub digər komandalara qarşı qətiyyətli rəqiblərdir və xal almaq uğrunda güclü mübarizə aparacaqlar".
Mələk Nəsirli
