00:00:00
Yazar
Zəri Bayramlı
11.06.2026 16:32 26 1 dəq oxuma
Sosial

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar

Bakının Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

 

Bu barədə “İnformator.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.

Araşdırmalar davam etdirilir.

#sabunçuda #yeni #baki #min
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər