''ŞAGİRD VƏ MÜƏLLİMLƏR MÖVZUNU MƏNİMSƏMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR''
"Mövcud dərsliklər və dərs proqramlarına görə dünya praktikasından çox geridə qalırıq.
Bu vəziyyətdə nəinki şagirdlər, hətta bir sıra müəllimlər də əlavə repititor təhsilinə ehtiyac duyur" fikrini bildirən təhsil eksperti Cahid İmanlı dərsliklərin çətinliklərindən danışıb.
"Kurikuluma keçid zamanı məktəb proqramlarına ciddi dəyişiklik olunub. Əsas dəyişiklikdəki fərq o olub ki, 10 və 11-ci sinifdə keçirilən 2 ilin proqramı da 9-cu sinfə qədərki dərsliklərə salınıb. Bu zaman bir sıra mövzular proqramdan çıxarılaraq ləğv edilib, əksər mövzular isə qısaldılaraq yazılıb. Bu da öz növbəsində şagirdlərdə mövzunu müstəqil qavramağa çətinlik yaradıb".
Ekspert əlavə edir ki, "əslində, müasir təhsil sisteminin ən əsas, ən birinci xüsusiyyəti şagirdin özünün sərbəst sürətdə mövzulara yiyələnməsi təşkil edir, lakin dərsliklərin məzmunu elədir ki, nəinki şagirdlər müstəqil surətdə mövzuları mənimsəyə bilir, hətta müəllimlər də mövzuları mənimsəməyə çətinlik çəkir. Bu mövzuların mürəkkəb olması ilə bağlı olmayıb, daha çox dərsliklərin "dili" ilə və ziddiyyətli məlumatların olmasından qaynaqlanır''.
ELNURƏ KƏRİMOVA
