00:00:00
Yazar
Admin User
01.11.2023 17:23 384 1 dəq oxuma
Sosial

Şagirdlər bu layihədən istifadə edərək gələcəkdə daha yaxşı ixtisaslara yiyələnə bilərlər

Şagirdlər bu layihədən istifadə edərək gələcəkdə daha yaxşı ixtisaslara yiyələnə bilərlər

“Rəqəmsal bacarıqlar” layihəsi Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti tərəfindən həyata keçirilir. "İnformatika" fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir.

 

İnformator.az-ın növbəti müsahibi, Təhsil eksperti Qoşqar Məhərrəmov “Rəqəmsal bacarıqlar” layihəsinin çox gözəl təşəbbüs olduğunu vurğulayır. Ekspertin fikrincə, şagirdlərə erkən yaşlardan kodlaşdırma dərsləri tədris etmək, onları İKT ilə yaxından tanış etmək üçün bu layihə çox qabaqcıl və önəmlidir.

 

“Bu dərslər vasitəsilə şagirdlər erkən yaşlardan müəyyən ixtisaslar haqqında məlumatlar əldə edirlər, özlərini kəşf edirlər. Şagirdlər bu layihədən istifadə edərək gələcəkdə daha yaxşı ixtisaslara yiyələnə bilərlər”.

 

Ekspert deyir ki, layihənin icrası prosesində müəyyən nöqsanlar müşahidələr olunur.

 

“Bəzi müəllimlər bu layihə çərçivəsində dərsləri tədris etməyə qadir deyillər. Onlar xüsusi bir neçə saatlıq təlimlərlə hazırlaşıb, fənni tədris edirlər”.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər