ŞAGİRDLƏRƏ REPİTİTOR HAZIRLIĞI NECƏ TƏSİR GÖSTƏRİR?
Artıq valideynlər övladlarını məktəbdən əlavə müəllim yanına ödənişli hazırlıqlara göndərirlər.
Təhsil eksperti Cahid İmanlı deyir ki, "1-ci sinifdən 11-ci sinfə qədər şagirdlərin təlim nəticələri 3 dəfə mərkəzləşmiş qaydada yoxlanılır.
1-ci dəfə 4-cü sinfi bitirəndə 2 fəndən-Azərbaycan dili və Riyaziyyat fənlərindən Təhsil Nazirliyi tərəfindən monitorinq imtahanları formasında
2-ci dəfə 9-cu sinfi bitirəndə,
3-cü dəfə isə 11-ci sinfi bitirəndə və hər ikisində də Dövlət İmtahan Mərkəzi tərəfindən 3 fəndən-Azərbaycan dili, Riyaziyyat və Xarici dildən mərkəzləşmiş qaydada aparılır".
Ekspert şagirdlərin bu imtahanlarla bağlı müraciət etdiyi hazırlıqlardan söz açır. "Şagirdlərin böyük əksəriyyəti ilk növbədə bu imtahanlara hazırlaşırlar. İbtidai sinifdə hazırlıq 1-ci sinifdən 4-cü sinifə qədər davam edir, 9-cu sinif buraxılış imtahanı üçün hazırlıq əsasən 8-ci sinifdən başlayır,
11-ci sinif üçün blok və buraxılış imtahanlarına hazırlıq da 2 il çəkir.
Ümumi götürəndə 11 illik məktəb təhsili zamanı şagirdlər 8 il repititer yanına getməli olurlar".
"Hansı şagirdin ibtidai sinifdən oxuyub-anlama və yazı bacarıqları yaxşı formalaşıbsa adətən, həmin şagirdlərin də yuxarı siniflərdə nəticələri yaxşı olur.
Şagirdlərin əksər hissəsi blok imtahanlarına ən azından 2 il hazırlaşırlar, amma bir çoxları seçdiyi qruplar üzrə əsas fənlərdən daha tez 8 və 9-cu siniflərdən hazırlaşmağa başlayır. Maraqlıdır ki, şagirdlər xarici dil hazırlığına daha çox gedirlər. Bu fənn üzrə hazırlıqlar demək olar ki bütün məktəb həyatı boyu davam edir.
Bu yazdıqlarım illərdir formalaşmış "repititor hazırlığı" qaydasıdır.
Təssüflər olsun ki, 9-cu sinifə qədər, yəni orta ixtisas pilləsində şagirdlər daha çox buraxılış imtahanlarına hazırlaşdıqları üçün digər fənlərə ciddi yanaşa bilmirlər. Xüsusən 9-cu sinifdə bütün digər fənlər buraxılış imtahanı keçiriləcək 3 fənnin-Azərbaycan dili, ingilis dili və riyaziyyatın "kölgəsində" qalırlar".
ÇİNARƏ MURADOVA
