Sağlam bədən-sağlam zehin
Həyatda uğur, xoşbəxtlik və daxili harmoniya yalnız bir istiqamətdən-fiziki və ruhi sağlamlığın birliyindən doğur. “Sağlam bədəndə sağlam ruh olar”-bu qədim fikir bu gün də öz aktuallığını qoruyur. Müasir dövrdə stres, hərəkətsizlik və qeyri-sağlam vərdişlər insanın həm bədənini, həm də zehnini zəiflədir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Əfsanə Rüstəmova bildirib ki, bir şeyə hədsiz məna yükləyəndə o şeyin bizdəki hissəsi əriməyə və yox olmağa başlayır:
“Daha anlaşılır dillə desək, nəyin arxası ilə qaçırsansa, o da səndən qaçır. Ona görə də “sağlam bədəndə sağlam ruh olar”, “sağlam bədəndə bərabərdir sağlam zehinə” cümlələri həyat üçün iddialıdır. Biz ümumiyyətlə bir insana sağlamlıq arzulayanda onun həqiqətənmi sağlamlıq parametrləri onun anlamında xoşbəxt edəcəkmi? Buna diqqət etməliyik. Yəni əslində bu qəribə səslənsə də, bütün insanlar üçün sağlamlıq=xoşbəxtlik deyil. Bəzi insanlar üçün bu bərabərlik fərqlidir. Ən yaxşısı, mənim müşahidə etdiyim odur ki, uyğun olanı insanın yaşam standartlarına uyğun zəka, sağlamlıq, aktivlik, dəyər, zaman, enerji, maddiyyat olmalıdır. Bunlar çox və ya az olanda fokuslananda bu bizim diqqətimizi əsas olan yerdən fərqli yerə yönəldir. Bizim əsas diqqətimiz onun çox və ya az olması deyil, mərkəzdə insanın arzuları olmalıdır. İnsanın arzularına yetəcək qədər olması kifayətdir. Bu ifadəni belə dəyişə bilərik: mənim həyat keyfiyyətimi yaxşılaşdıracaq qədər sağlam olmağım həm də məni zehni sağlamlığa gətirə bilər. Mən həyat keyfiyyətimi yaxşılaşdırmaq istəyirəmsə, “bu olmasa da, olar deyə bilmərəm”. Məsələn, mən şəkərbura bişirmək istəyirəmsə, bunun xəmiri üçün mənə un, duz, yumurta, su lazımdır. Əks halda bu olmayacaq. Mən buna nə ehtiyac var desəm, bu artıq xəmir olmayacaq. Yəni sağlam bədən, sağlam ruh bunlar bir-birindən ayrı deyil. Doğru həyat keyfiyyətini davam etdirəcək qədər yaşam deyəndə artıq bunun altında sağlam bədən, sağlam ruh, sağlam mənəviyyat və s. sözləri yatır. Müasir insanın ən böyük çətinliyi yollarda diqqət yayındıran çox işıqlı şeylər var. Tutaq ki, “özünü sevməyə çalış” bu bir işıqlı lampadır. Əsas məqsəddən bizi yayındırır. Halbuki, özünü sevmək tək başına olan bir şey deyil. Özünü sevmə ilə birlikdə əsas məqsədə çatmalıyam. Təsəvvür edin ki, mən 0 nöqtəsində durmuşam. 100 nöqtəsinə çatmalıyam. Bunu 10 20 30 40 olaraq ayırsaq, məsələn, 10-da qoyublar özünü sev, 20-də qoyublar ailə bağlarını düzəlt, 30-da qoyublar ki, sən kimisə bağışlamasan həyatında karma yaranacaq. Əlbəttə ki, mən bunların hamısının hissələrini alıb 100-ə çatmaq hədəfindən yayınmamalıyam. Harda bitməyindən asılı olmayaraq mənim hədəfim 100 olmalıdır. İstənilən sağlamlıq, istənilən resurs bizi 100-ə çatdıra bilirsə, faydalıdır. Əgər bizi 100-dən döndərirsə, onun çox olmağının heç bir önəmi yoxdur”.
Banuçiçək Məmmədova
