00:00:00
Yazar
Banuçiçək Məmmədova
29.04.2026 16:58 19 1 dəq oxuma
Maraqlı

Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir

Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir

ABŞ-nin Nyu York şəhərində elektrikli hava taksilərinin sınaq uçuşları həyata keçirilib.

 

"İnformator.az" "Bakupost.az"-a istinadla xəbər verir ki, test uçuşlarının uğurla baş tutduğu və yoxlama prosesinin davam edəcəyi bildirilib.

 

Hava taksiləri şaquli qalxır, daha sonra irəli hərəkət edərək təyyarə rejiminə keçir. 5 nəfərlik bu vasitələr qısa məsafələr üçün nəzərdə tutulub. Elektriklə işlədiyi üçün səs-küy azdır və karbon emissiyası sıfırdır. Layihənin əsas məqsədi sıx trafik olan şəhərlərdə vaxt itkisini azaltmaqdır. Bu sistemlə 2 saatlıq yolun 10 dəqiqədən az çəkəcəyi gözlənilir.

Hazırda bu texnologiyanın təhlükəsizliyi və şəhər mühitinə uyğunluğu yoxlanılır. Mütəxəssislər hesab edir ki, yaxın illərdə hava taksiləri böyük şəhərlərdə geniş istifadə oluna bilər.

#dəqiqəyə #baki #xəbər #saatlıq #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər