00:00:00
Yazar
Admin User
03.07.2023 11:43 408 2 dəq oxuma
Sosial

"Sağlamlığın Qorunması" İB "Şəkərli diabetlə yaranan risklər" layihəsinin icrasına başlanılıb

"Sağlamlığın Qorunması" İB "Şəkərli diabetlə yaranan risklər" layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Sağlamlığın Qorunması" İctimai Birliyi "Şəkərli diabetlə yaranan risklər" layihəsinin icrasına başlanılıb.

 

Layihə rəhbəri Yazgül Abdıyeva bildirib ki, layihənin məqsədi sağlamlığımız üçün ciddi təhlükə olan şəkər xəstəliyinə qarşı maariflənməni artırmaq və onun vaxtında aşkar olunması üçün əhalinin maariflənməsinə təşviq etməkdir. Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet, bir çox ciddi xəstəliyin də meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir.

 

Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olduğundan xəbərsizdir. Hər iki diabetlidən birisi diabet olduğunu bilmir. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.Qeyd edilənlər problemin aktual olduğunu və onunla mübarizənin əhəmiyyətini göstərir layihə rəhbəri bildirdi. Layihə 2 ay davam edəcək

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər