00:00:00
Yazar
Admin User
29.01.2026 15:45 62 2 dəq oxuma
Siyasət

Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib

Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının sədri Saqr Qobaşla görüşüb. Görüşdə Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafı, parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında kifayət qədər yüksək səviyyəli münasibətlər mövcuddur və bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir:

 

"Ölkələrimiz bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edirlər və Sahibə Qafarovanın Körfəz ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə səfəri də bu kontekstdə dəyərləndirilməlidir. Nəzərə alsaq ki, son 5-6 il ərzində Azərbaycanın Körfəz ölkələri ilə münasibətlərində çox ciddi intensivlik müşahidə olunur və qeyd etdiyim kimi, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimiz olduqca intensiv xarakter alıb. Sahibə Qafarovanın bu ölkəyə səfəri də məhz bu baxımdan dəyərləndirilməlidir. Bu münasibətlər iki ölkə arasında əlaqələrin bütün aspektlərini və istiqamətlərini əhatə edir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq regionda stabilləşdirici rol oynayır. Hər iki ölkə yerləşdiyi coğrafiyada böyük önəmə malikdir və beynəlxalq arenada aktiv rol oynayır. Xüsusilə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyini bərpa etməsi, bölgədə yeni reallıqlar yaratması və regionun aparıcı oyunçusuna çevrilməsi bu rolu daha da artırır. Tərəflər arasındakı münasibətlər həm Yaxın və Orta Şərq, həm də Cənubi Qafqaz regionu üçün müsbət impuls yaradır. Parlamentlərarası əməkdaşlığa gəldikdə isə, bu, tərəflər arasında münasibətlərin dərinləşməsinə xidmət edən mühüm istiqamətdir və siyasi əlaqələrin yalnız iqtisadi, ticarət, energetika sahələri ilə məhdudlaşmadığını göstərir. Parlamentlərarası münasibətlərin genişləndirilməsi baxımından bu əməkdaşlıq formatı olduqca faydalıdır. Liderlər arasındakı münasibətlərin dövlətlərarası əlaqələrin inkişafına təsirinə gəldikdə isə, bu, əlbəttə ki, mühüm amildir. Dövlətlərarası münasibətlər institusional əsaslarla yanaşı, şəxsi münasibətlər fonunda da formalaşır. Dövlətlərin maraqları əsas rol oynasa da, tərəfdaş ölkələrin liderləri arasındakı yüksək səviyyəli münasibətlər dövlətlərarası əlaqələrə əlavə müsbət impuls verir. Bu baxımdan Azərbaycan Prezidenti ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti arasındakı münasibətlər həm dövlətlərarası, həm də şəxsi müstəvidə yüksək səviyyədədir və bu da iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına müsbət təsir göstərir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər