00:00:00
Yazar
Admin User
23.11.2015 07:59 747 1 dəq oxuma
İdman

Şahmat çempionatı başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi keçirilib.
Şahmat çempionatı başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi keçirilib.

İnformator xəbər verir ki, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən final 6 yaş qrupu üzrə təşkil olunub. Finalda zona yarışlarında I, II və III yerləri tutan oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə yarışlara 800-dək məktəbli qatılıb.

Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, İsveçrə sistemi üzrə keçirilib.

Yarışın nəticəsinə əsasən, komanda hesabında I yerə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin, II yerə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin, III yerə isə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandaları layiq görülüb.

Çempinatda yaş qrupları üzrə birinci yerə layiq görülən şahmatçılar 2016-ci ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar. İkinci yerlərin sahibləri isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Qalib şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər