00:00:00
Yazar
Admin User
04.05.2015 07:34 897 1 dəq oxuma
İdman

Şahmat turnirinə yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb.
Şahmat turnirinə yekun vurulub

May ayının 2-də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-cı ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən İnformator-a verilən məlumata əsasən, Aprel ayının 18-də start verilmiş yarışlar Olimpiya sistemi üzrə keçirilib. Vergilər Nazirliyi Aparatının rəhbəri Zeynalabdin Məmmədzadə yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirib, qaliblərə diplomlar təqdim edib.

Turnirin qalibi Vergilər Nazirliyinin Vergi siyasəti və strateji Araşdırmalar Baş İdarəsinin əməkdaşı Babək İbrahimov olub. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Məzahir Şamilov 2-ci, 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov isə 3-cü yeri tutub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər