Şahzadə Uilyam və Keyt Epşteynlə bağlı açıqlanan sənədlərdən narahatdırlar
Şahzadə Uilyam və Keyt ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteynlə bağlı açıqladığı yeni sənədlərdən ciddi narahat olduqlarını bildiriblər. Kensington Sarayının sözçüsünün sözlərinə görə onların düşüncələri əsasən qurbanlara yönəlib.
Uilyam üç günlük səfər çərçivəsində Səudiyyə Ərəbistanına gedir və səfər zamanı vəliəhd Məhəmməd bin Salmanla görüş planlaşdırılır. Bu səfər diplomatik baxımdan həssas mərhələ kimi qiymətləndirilir.
Cnn News
Ədilə Hüseynzadə
