Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək Sabunçu rayonunun Balaxanı qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.