Şakira haqqında yeni iddia!
2010-cu il dünya çempionatından bəri "Barselona"nın keçmiş ulduzu Gerard Pike ilə sevgi münasibətinə xəyanət üzündən son qoyan Şakira mətbuata açıqlama verərək, hər dəfə zərərçəkən tərəf olduğunu iddia edir. İndi isə İspaniya mətbuatı məşhur cütlük haqqında bomba iddiası ilə çıxış edib.
İnformator.az Posta qəzetinə istinadən xəbər verir ki, bir müddət əvvəl ispaniyalı keçmiş futbolçu Xerard Pikedən ayrılması ilə gündəm olan müğənni Şakira Barselonadan köçərək uşaqları ilə birlikdə Amerikaya yerləşib.
Ayrılıqdan sonra bu müddət ərzində Şakiranın adı bir neçə nəfərlə birgə çəkilib. Ən mühüm iddia isə Şakiranın Formula 1 pilotu Lyuis Həmiltonla yaxınlaşması olub. Şakira ilə uzun illər dost olan jurnalist Jordi Martin “Amor y Fuego” verilişində sənətçi ilə Formula 1 sürücüsü arasındakı romantik münasibətdən danışıb.
Martin cütlüyün münasibətləri yavaş-yavaş başqalarına açıqlamağa qərar verdiyini və bu vəziyyətdən yalnız yaxın ətraflarının xəbərdar olduğunu ifadə edib. Nəhayət, Şakira son müsahibəsində xəyanətdən necə xəbər tutduğunu jurnalistlərlə bölüşüb. 46 yaşlı müğənni bu ifadələrdən istifadə edib: "Atam yıxılaraq ağır yaralanmışdı. Atam reanimasiyada olarkən xəyanətə məruz qaldığımı mətbuat vasitəsilə öyrəndim.
Yaşadığı çətinliklərin öhdəsindən gələ bilməyəcəyini düşündüyünü deyən sənətçi “Həyatımda ən çox sevdiyim adam və ən yaxın dostum, yəni atam ona ehtiyacım olanda məni tərk etdi. Nə onunla danışa, nə də baş verənlərlə bağlı məsləhət ala bildim”.
