00:00:00
Yazar
Admin User
07.11.2025 18:12 96 2 dəq oxuma
İdman

“Şamaxı” “İmişli”ni tək qolla məğlub edib

“Şamaxı” “İmişli”ni tək qolla məğlub edib

"Peşəkar Futbol Liqasını təbrik edirəm ki, belə bir layihə ortaya qoyub və onu həyata keçirib, çox gözəl ideyadır. Tura "Zəfər turu" adını vermək həqiqətən də futbolçular və futbol ictimaiyyətimiz üçün çox böyük motivasiyadır".

 

Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Şamaxı" "İmişli" matçına gəlincə, əslində "Şamaxı"nın qələbə qazanması qanunauyğundur:

 

"Burada komandaların qələbə qazanıb və yaxud da uduzmağı, heç-heçə etməyindən asılı olmayaraq, Azərbaycan xalqının böyük zəfərinə ithaf olunan bir layihədə iştirak edirlər. Çox gözəl layihədir, təbrik edirəm. "Şamaxı" komandası çox yaxşı vəziyyətdədir, xüsusilə də ev oyunlarında çox yaxşı oynayır. Bu komandanın uğurlarının baş memarı baş məşqçi Ayxan Abbasovdur. O həm də Azərbaycan milli komandasınında baş məşqçidir. Yəni təsadüfən bu yerlərə gəlib çıxmayıb. Əgər milli komandanı ona həvalə ediblərsə, deməli, o, çox yaxşı məşqçidir və o bu bacarığını, yəni təkcə 3-5 aya, 1 ilə ortaya qoymayıb. Bu adam illərdir öz məşqçilik bacarığını ortaya qoyur və hər dəfə də sübut etməyi bacarır. "Şamaxı" çox kiçik büdcəsi olan, futbolçuları da çox bahalı olmayan oyunçulardan ibarət heyəti olan bir komandadır. Elitada qalmağa, möhkəm futbol oynayırlar. Taktiki intizamları çox yüksək səviyyədədir. Ayxan Abbasovun ortaya qoyduğu taktiki intizam bu komandanı lazımi xalları qazanmağa imkan verir və ona şərait yaradır. Bu oyunda da belə olub. Uzun müddət oyunun gedişatında öz oyun tərzlərindən heç də kənara çıxmayıblar. Rəqibin basqısından təzyiqindən asılı olmayaraq və yaxud da ki, hücumda olmaqlarından asılı olmayaraq öz oyun tərzlərini sona qədər davam etdiriblər və şans düşən kimi də bu şansdan maksimum yaralanıblar və qələbə topunu vurublar".

 

Müsahibimizin sözlərinə görə, bu çox layiqli, haqlı qələbədir:

 

" "İmişli" Premyer Liqanın yeni komandalarındandır, yeni qurulan komandadır. Hələ ki, öz oyunlarını İmişlidə keçirə bilmirlər deyə bütün oyunları səfərdə olur. Şamaxıda başlayıblar. Mövsümə Qubada davam edirlər. Yəni çətinlikləri və problemləri var. Amma onlar da mövsümdı bir çox sürprizlərə imza atıblar. Onlar üçün bu məğlubiyyəti bir problem kimi qeyd etmək olmaz. Bu oyunda da məğlubiyyətin səbəbi sadəcə rəqibin güclü olmağı, rəqibin daha yaxşı, taktiki cəhətdən daha doğru davranması olub. Ona görə də "İmişli" məğlub olub. Mən düşünürəm ki, "İmişli" haqqında daha yaxşı nəticə vardı. Mövsüm hələ davam edir və biz hələ mövsümün gedişatında yenidən onun haqqında eşidəcəyik".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər