00:00:00
Yazar
Admin User
07.12.2025 13:55 96 1 dəq oxuma
İdman

"Şamaxı"nın məşqçisi: "Karvan-Yevlax" "Qarabağ"a və bizə qarşı fərqli oyunlar sərgilədi"

"Şamaxı"nın məşqçisi: "Karvan-Yevlax" "Qarabağ"a və bizə qarşı fərqli oyunlar sərgilədi"

"Karvan-Yevlax" "Qarabağ"a və "Şamaxı"ya qarşı fərqli oyunlar nümayiş etdirib.

 

"İnformator.az" xəbər verir ki, bunu "Şamaxı"nın məşqçisi Elnur Çodarov "Karvan-Yevlax"a qarşı Misli Premyer Liqasının XIV oyunundan sonra mətbuat konfransında deyib.

 

O, məğlub olduqları oyunu şərh edib:

 

"Gözlədiyimiz kimi maraqlı və gərgin oyun alındı. Birinci hissə daha çox kəşfiyyat xarakteri daşıyırdı. Füzuli Məmmədovu "Karvan-Yevlax"a yeni məşqçi təyin ediblər. İki oyunlarına baxmışdıq və rəqibi təhlil etmişdik. "Qarabağ"a və bizə qarşı tam fərqli oyunlar sərgilədilər. Bilirdik ki, belə də olacaq. İkinci hissədə sürəti artırdıq, daha bir şeyi bildirək ki, matçın sonlarında meydançada 6 yerli oyunçumuz var idi". Qeyd edək ki, "Karvan-Yevlax" - "Şamaxı" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə bitib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər