00:00:00
Yazar
Aysel Mirzəyeva
08.04.2026 20:38 28 2 dəq oxuma
İdman

""Şamaxı" üçün bu xal əhəmiyyət kəsb etmir" - ŞƏRH

""Şamaxı" üçün bu xal əhəmiyyət kəsb etmir" - ŞƏRH

Azərbaycan Premyer Liqasının XXVI turunda Zirə FK və Şamaxı FK komandaları üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu qarşılaşmada qazanılan xal “Şamaxı” üçün üstünlük, “Zirə” üçün itkidir:

 

“Çünki “Zirə” avrokubok zonası uğrunda mübarizə aparır. Hazırda dördüncü yerdədir və qələbə qazansaydı yayda Avropada çıxış etmək vəsiqəsi verən dördüncü pilləni qorumaq istiqamətində vacib bir addım ata bilər. Amma belə olmayıb. Xeyli müddət “Zirə” öz ev meydanında böyük üstünlüklə oynayıb. Hesabda irəli də keçib, amma hesabı qoruya bilməyiblər. Ümumiyyətlə, “Şamaxı” həmişə möhkəm komanda olub. İstənilən ən güclü komandalara belə başağrı olmağa başlayıb. Çünki komandanın baş məşqçisi Ayxan Abbasovdur. Çox yaxşı məşqçinin rəhbərliyi altında “Şamaxı” uğurlu mübarizə apara bilir. Ona görə də, bu oyunda da əzmkarlıq göstəriblər və xal qazanıblar. Prinsip etibarilə “Şamaxı” üçün bu xal heç bir əhəmiyyət daşımır. “Şamaxı”nın nə elitadan düşmək, nə də ki, Avropa zonasına getmək şansı yox idi. Yəni sadəcə azarkeşləri üçün oynayıblar və istədikləri nəticəni də qazanıblar. “Zirə” üçün isə çox ağır bir zərbə olub. Çünki bu, “Zirə” üçün həm üçüncü pillədə olan Turan Tovuza yaxınlaşmaq, eyni zamanda da daha aşağı pillələrdə olan komandalardan uzaqlaşmaq şansını boşa vermiş olub. Məncə, bu xal itkisi mövsümün sonunda baha başa gələ bilər”.

 

Günel Əlili

#gündəm #xal #baki #kəsb #əhəmiyyət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər