Şamaxıda körpələr təhlükədə…
2019-ci ilin Fevral ayında Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində rayonun Cabanı kəndində fəaliyyət göstərən uşaq baxçası qəzalı vəziyyətə düşüb.
İnformator.az xəbər verir ki, istifadəyə yararsız və təhlükəli olduğu üçün körpələr evinin fəaliyyəti dayandırılaraq sökülüb. Müvəqqəti olaraq kənd ərazisidə iki otaqlı fərdi yaşayış evi icarəyə götürülərək körpələr evi kimi istifadəyə verilib. Artıq 4 ildən çoxdur ik kəndin uşaqları günlərinin əsas hissəsini baxça şəraitinə uyğun olmayan evdə keçirərək təlim-tərbiyə almağa çalışır. Bu da ən çox körpələrini baxçaya gətirən valideyinləri narahat edir.
Məsələ ilə bağlı, müsahiblər açıqlamalarında öz iradlarını bildiriblər.
“Əslində çox istərdik ki, bu şəraitsiz balaca otaqda körpələr necə təlim tərbiyyə alır, müəllimlər hansı əzab-əziyyətlə uşaqları təlim-tərbiyə edir çəkib göstərək. Amma aidiyyəti qurumlar muxtəlif bəhanələr gətirərək çəkilişə məhdudiyyət yaratdılar”.
Kənd sakinləri isə deyir ki, əvvəlki bağça binasında hər cür şərait vardı.
“Ərazisi də geniş olduğundan ətraf kəndin uşaqları da daxil olmaqla 60-dan çox körpə təlim-tərbiyyə ala bilirdi. İndi isə çoxları uşaqlarını bağçaya qoya bilmir”.
Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi Anar Osmanov isə deyir ki;
“Verilən vədə əməl olunsa 4 ildən çoxdur yeni baxçanın tikintisini səbirsizliklə gözləyən kənd sakinləri arzularına tezliklə qovuşacaqlar”.
Onu da qeyd edək ki, belə anoloji hal Şamaxı rayonunun Xınıslı kəndində də yaşanır.
QASIM
