Samirə Allahverdiyeva: "layihələr verilişin əsasıdır"
“Azərbaycan Televiziya və Radio Yayımları” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında İdman TV-nin direktor müavini Samirə Allahverdiyevanın “Layihələrin hazırlanması,icrasının təşkili və nəzarəti” mövzusunda ustad dərsi keçirilib.
“İnformator.az” xəbər verir ki,dərsin əvvəlində tələbələr onlara verilmiş praktiki tapşırığa uyğun olaraq hazırladıqları layihələri təqdim ediblər. Təqdim olunan layihələr idman, mədəniyyət, kriminal və sosial sahələr də daxil olmaqla müxtəlif mövzuları əhatə edirdi.
Samirə Allahverdiyeva layihələrin xüsusi əhəmiyyətindən danışıb, verilişlərin məzmununa təsirini xüsusi vurğulayıb. Bildirib ki, layihənin adı onun ideyasını əks etdirməli və cəlbedici olmalıdır.
Görüş interaktiv keçib. Müzakirələrdə fəal iştirak edən tələbələr müxtəlif layihələr təqdim ediblər.
Səkinəbəyim Cəfərova