“Samsunspor” UEFA Konfrans Liqasının pley-off mərhələsində
UEFA Konfrans Liqasında təmsilçimiz “Samsunspor” liqa mərhələsinin son turunda Almaniyanın “Mainz” klubu ilə qarşılaşıb. Görüş “Samsunspor”un 0:2 hesablı məğlubiyyəti ilə başa çatsa da, komanda turnirdə yoluna davam etmək hüququ qazanıb.
Avropanın üçüncü dərəcəli klub futbol turnirində liqa mərhələsinin son həftəsi 18 oyunun keçirilməsi ilə yekunlaşıb. Topladığı 10 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşan “Samsunspor” 1/8 finala vəsiqə uğrunda pley-off mərhələsində oynamaq imkanı əldə edib.
“Samsunspor” pley-off mərhələsində Finlandiyanın KuPS Kuopio və ya Şimali Makedoniyanın “Şkendiya” klublarından biri ilə üz-üzə gələcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi 16 yanvar 2026-cı ildə keçiriləcək. Bu mərhələnin oyunları isə 19 və 26 fevral 2026-cı il tarixlərində baş tutacaq.
TRT XƏBƏR
Ləman Mahmudlu
