00:00:00
Yazar
Admin User
21.08.2023 13:07 679 2 dəq oxuma
Sosial

"Sanki insanlar bu yerlərdən bir aydır uzaq qalıblar"

"Sanki insanlar bu yerlərdən bir aydır uzaq qalıblar"

30 illik həsrətdən sonra daha 13 ailə Laçına yola salındı.

 

Öz doğma yurd-yuvalarından ayrı düşmüş insanlar, nəhayət, vətənlərinə qovuşurlar. Bu köç prosesinin canlı şahidi olan, ikinci səfər Laçına səfər edən tanınmış dinşünas Kövsər Tağıyev hazırda Laçının Alxaslı kəndində olduğunu bildirib.Kövsər bəy olduğu kənd haqqında ümumi məlumat verdi: "Alxaslı kəndi bölgənin qədim məskunlaşma yerlərindən biridir. Kənd Laçın şəhərindən təqribən 40 km şimal-qərbdə yerləşir. Kəndin yeni tarixi təqribən 300-400 ilə tarixlənir. Kəndin ərazisində isə daha qədim tarixlərdən qalan yurd yerləri, qədim kurqanlar və qədim Alban qəbiristanlıqları kənd camaatına məlumdur."

 

Hər iki Qarabağ müharibəsində Alxaslı kəndinin çoxsaylı şəhid verdiyini bildirən Kövsər bəy dayısı Salahov Səfirin də birinci Qarabağ döyüşlərində şəhid olduğunu diqqətimizə çatdırdı. Şəhidin atası, yəni Kövsər bəyin babası Əhliyyət kişinin həm övlad acısı ilə, həm də vətən həsrəti ilə dünyasını dəyişdiyini, böyük təəssüf hissi ilə bu günləri görə bilmədiyini vurğuladı. Bütün bunlara baxmayaraq, Kövsər bəyin ailəsi yurdlarına qayıtmaqda ümidsiz olmayıb. Həmçinin, müsahibimiz 44 günlük müharibə ərəfəsində qələbəmizin sevinci ilə yanaşı şəhid xəbərlərinin də nə qədər acı hiss verdiyindən danışdı:

 

"Müharibənin hər mərhələsini anbaan izləyirdik. Cənab Ali Baş Komandanın müjdəli xəbərlərini böyük həvəslə gözləyirdik. Bizim ailə və yaxınlarımızdan da şəhidlər və qazilər oldu".

 

Bu torpaqlara hər gələndə özünü şanslı nəslin fərdi kimi hiss edən Kövsər bəy, o cümlədən, bu qələbə sevincini yaşadan bütün şəhidlərə Allahdan rəhmət dilədi. Laçındakı hal-hazırda olan vəziyyətə gəldikdə isə müsahibimiz deyir ki, burada çox fərqli, mənəvi bir abu-hava var. Sakinlərlə ünsiyyət olanda insana elə bir təəssürat bağışlayır ki, sanki sadəcə bir ay uzaqda qalıblar. İllər keçsə belə bütün xatirələrin canlı olduğunu, şəhidlərin xatirəsinin canlı saxladı deyən Kövsər bəy bununla yanaşı Qarabağın hər tərəfində sürətli quruculuq işləri aparıldığını, böyük layihələrin həyata keçirildiyini nəzərimizə çatdırdı.

 

Söhbətimizdən aydın oldu ki, zaman keçdikcə Qarabağımız daha da gözəlləşəcək, hər bir bucağından həmvətənlərimizin səsləri gələcək..



Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər