Sanksiyalar qaldırılarsa, uran ehtiyatlarımızı tükədə bilərik
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ölkəyə qarşı bütün sanksiyalar aradan qaldırılarsa, onlar zənginləşdirilən uranı 60%-ə qədər azaltmağı düşünəcəklərini deyib.
ISNA xəbər agentliyinin məlumatına görə, Eslami jurnalistlərə bildirib ki, zənginləşdirilən uranın azaldılması ilə bağlı suala o, “Son nəticədə bütün bunlar müqabilində bütün sanksiyaların ləğv edilib-edilməməsindən asılıdır”,- deyə cavab verib. Ancaq Eslaminin bütün sanksiyaları, yoxsa yalnız ABŞ-nin tətbiq etdiyi sanksiyaları nəzərdə tutduğu aydın deyil. Uran atom elektrik stansiyasının reaktorlarında istifadə üçün kifayət qədər 2-3%-ə qədər zənginləşdirilib.
BBC News
Aytac İbrahimova
