Santanderlə oyun üçün heyət açıqlanıb
İspaniya Superkubokunun qazanılmasından sonra “Barselona” diqqətini növbəti hədəflərə yönəldib. Komanda bu gün Kral Kubokunun 1/8 final mərhələsində El Sardinero stadionunda “Rasinq Santander”lə qarşılaşacaq.
Baş məşqçi Hansi Flik risk etmək niyyətində deyil və zədəli Gavi və Kristensen, cəzalı Frenki de Yonq istisna olmaqla əsas heyətin bütün üzvlərini oyuna cəlb edib. Beləliklə, “Santander”lə matçda iştirak edə biləcək futbolçular müəyyənləşib.
FC Barcelona
Nazim Xeyrxəbərli
