Şaradan İsraillə bağlı sərt qadağa...
Suriya Prezidenti Əhməd əş-Şara gömrük qanunvericiliyinin yenidən nəzərdən keçirilməsi və İsrail mallarının ölkəyə idxalına qoyulan qadağanın gücləndirilməsi barədə fərman imzalayıb.
"İnformator.az" xəbər verir ki, sənəd Bəşər Əsəd dövründə İsrailə qarşı qüvvədə olan iqtisadi boykot siyasətini davam etdirir.
Bildirilib ki, 112-ci maddə boykot qanunlarını pozan və ya ictimai asayişə zərər verən malların idxalını qadağan edir.