00:00:00
Yazar
Admin User
13.07.2023 12:30 275 2 dəq oxuma
Sosial

Sarmaşıqlarla örtülü qədim tikili: Sakinlər narahatdır

Sarmaşıqlarla örtülü qədim tikili: Sakinlər narahatdır

Şəhərin mərkəzi hissələrindən birində yerləşən bina təbiət qoynunu xatırladır. İki mərtəbəli köhnə tikilinin üzəri yaşıllıqlarla örtülüdür. Onilliklərdi bu binada yaşayan sakinlər Kubinka adı ilə tanınan söküntü ərazisindəki tikilinin taleyindən narahatdılar.

 

İnformator.az xəbər verir ki, kimərtəbəli bina qəzali vəziyyətdə olsa da sakinlər evlərini tərk etmək istəmirlər.

 

Müasir dövrlə keçmiş zamanın vəhdət təşkil etdiyi 111 yaşlı tarixi bina. Tikili təkcə tarixi bina olması ilə fərqlənmir. Onu fərqləndirən digər xüsusiyyət isə üzərinin yaşıl sarmaşıqlarla örtülü omasıdır. Uzunluğu 50 metrdən çox olmayan binanın bir hissəsi paytaxtın Nəsimi rayonu, digər hissəsi Yasamal rayonu ərazisinə düşür. Sübhi Salayev və Cəlil Məmmədquluzadə küçələrində yerləşən köhnə tikili həm də fərqli memarlıq üslübünda inşa olunması ilə diqqət çəkir. Binanın müəyyən hissəsi qəzalı vəziyyətdədir. Buna baxmayaraq tikilidə hələ də yaşayanlar var.

 

Bina qəzalı vəziyyətdə odluğundan demək olar ki, əksər sakinlər binadan köçüb. Çox az sayda, yəni 20-yə yaxın ailə binada qalıb. Elə o sakinlərin də dediyinə görə, sarmaşıq bitkisini təxminən 70 il əvvəl binada yaşayan Zaur adlı bina sakin əkib. Görüntüsü görənlərin gözlərini oxşayan sarmaşığı əkən şəxs artıq həyatda olmasa da, qohumları hələ də binada yaşayır. Bina sakini Günay Paşayeva deyir ki, burada çoxlu kinolar, seriallar çəkilib.

 

Nəsimi rayon icra Hakimiyyətindən bildirildi ki, sözügedən binanın yerləşdiyi məhəllənin sökülməsi nəzərdə tutulub. Yerində isə müasir standartlara uyğun yeni binaların tikilməsi üçün hazırda aiddiyəti qurumlarla müvafiq məsləhətləşmələr aparılır. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər