“Əsas hadisələr teatrı Livan olacaq” - Politoloq Tofiq Abbasov
İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir bildirib ki, "Trampın razılaşması bizim üçün vacib deyil, İsrail Birləşmiş Ştatlara tabe olmur və biz müstəqil, suveren dövlətik". Tramp isə vurğulayır ki, Netanyahunun razılaşmadan xəbəri var.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, vəziyyət hələ ki, gərgindir, digər tərəfdən İran, ABŞ və İsrail arasında olan münaqişəli vəziyyətin də bir neçə dağıdıcı nüvvəsi var:
"Bu, sirr deyil ki, Netanyahu hökuməti artıq koalisiya formasında yığışanda, siyasi asfiksiya yaşadı, çünki o, tam oturuşmuş bir koalisiya yarada bilmədi. Onun çıxış yolu qaldı ikinci, əlavə verilmiş vaxtdan istifadəyə - radikal yəhudi siyanist partiyalarına üz tutmalı oldu, deadline'a 15 dəqiqə qalmış artıq razılığa gəldilər ki, hökuməti qurulurlar və açıq bəyan edirlər ki, İsrailin yeni koalisyon hökuməti formalaşdı. Bu hökumətin özünün beynəlxalq aləmdə heç bir populyarlığı yoxdur. Bütün dünya İsraili inkar etməyə başlayıb. Üçüncü dünya dediyimiz bu qlobal cənubda İsraili hamı qınıyır. Niyə ? Çünki onlar uşaq qırğınlarını orada törədiblər, 18 minə qədər uşaq qətlə yetirilib, 70 mindən artıq dinc əhali Qəzza bölgəsində, eləcə də İordaniya çayının qərb sahilində öldürülüb, bunlar əlbəttə, bu dövlətə baş ucalığı gətirilmir. Netanyahu həmin radikal siyanist partiyalarının girovuna çevrilib. O, onlarınla bacarmır. Çünki onlar hökuməti tərk etsələr, vaxtından tez böhran yaranır, növbədənkənar seçkilər elan olmalıdır. İsraildə xeyli vətənpərvər insanlar yaşayır. Deməli, Netanyahu özü girova çevrildiyi halda da çalışdı, Donald Trampı da öz girovuna çevirsin. Bu vəziyyətdə Benyamin Netanyahu çıxılmaz vəziyyətdədir, Donald Tramp son vaxtlar çox, kobud tərzdə Netanyahu ilə danışıqlar aparır, ona təzyiqlərini artırır və bildirir ki, "mən sənin oyuncağın deyiləm, sən mən dediyimi etməlisən, mən sən dediyini yox". Təhlükəsizlik naziri bu açıqlamanı verməklə, demək olar ki, dolayısı ilə hədələri yağdırır. Çünki İsrail İrana birbaşa hücum etməsə də, divanda şiə əhalisini hədəfi alır və onların şəhərlərini dağıdırırlar, yaşayış məntəqələrini yerlə yeksan edirlər ki, onlar oralardan köçüb getsinlər. Çünki İsraildə Livanın cənub bölgəsini ki, o İsrailin Şimalına düşür, oranı işğal etmə planı da var. Mən inanmıram ki, İran bu məsələ ilə razılaşsın. Çünki İran dedi ki, əgər atəşkəs elan olunursa, bütün cəbhələrdə, o cümlədən də Livan cəbhəsində olmalıdır. Burada hər şey mənə elə gəlir ki, Donald Tramp'ın özünün qətiyyətindən, mövqeyindən, sərtliyindən asılı olacaq. Amerika mətbuatı bunu yazırdı ki, kim kimi idarə edir? İsrail Tramp'ı, yoxsa Tramp İsraili? Odur ki, bu zəmində mən deyərdim ki, onun çox mənfi obrazı formalaşıb. Amerikada bilmənalı şəkildə hamı deyir ki, İranın bizə heç bir təhlükəsi yox idi. İndi əsas hadisələr teatrı Livan olacaq. Onlar elə bir vəziyyət yaradacaqlar ki, İran proseslərə müdaxilə etməli olsun".
Zəhra Həsənova