00:00:00
Yazar
Zeynəb Yunuszadə
27.05.2026 21:36 15 1 dəq oxuma
İdman

"Sauthempton"un sabiq futbolçusu Nigeriyada ölü tapılıb

"Sauthempton"un sabiq futbolçusu Nigeriyada ölü tapılıb

Çexiyanın "Çeske-Budeyovitse" futbol klubunun hücumçusu Viktor Udo 21 yaşında vəfat edib.

 

"İnformator.az" "Nieuwsblad"a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

 

Futbolçu Nigeriyadakı evində ölü vəziyyətdə tapılıb. Mənbənin bildirdiyinə görə, Udo Çexiyadakı mövsüm başa çatdıqdan sonra istirahət üçün Nigeriyaya yollanmışdı.

 

Hazırda onun ölüm səbəbi açıqlanmır.

 

Viktor Udo Nigeriyanın "Abuca" klubunun yetirməsi idi. O, 2023-cü ilin martında Belçikanın "Antverpen" klub sisteminə keçmişdi. 2024-cü ilin əvvəlində əsas komandaya cəlb olunan futbolçu burada 28 oyun keçirib.

 

2025-ci ilin fevralında hücumçu "Sauthempton"a transfer olunub, daha sonra isə "Çeske-Budeyovitse" klubuna keçib.

#tapılıb #sabiq #futbolçusu #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər