00:00:00
Yazar
Admin User
17.10.2023 11:00 789 1 dəq oxuma
Media

SAXTA XƏBƏRLƏRLƏ NECƏ MÜBARİZƏ APARAQ?

"İnnovativ Media Jurnalistlərin peşəkarlığının artırılmasına dəstək" İctimai Birliyi “KİV-də və sosial şəbəkələrdə “saxta xəbərlər”in (fake news) qarşısının alınması istiqamətində təşəbbüslər" layihəsini icra edir.
SAXTA XƏBƏRLƏRLƏ NECƏ MÜBARİZƏ APARAQ?

    

 

 

  Maarifləndirici təlimdə feyk-nyus nədir, törətdiyi fəsadlar hansılardır? suallarına cavablar əyani vəsaitlərlə verilib. Gənc jurnalistlər 44 günlük Vətən Müharibəsi ərəfəsində və sonrakı dövrdə ölkəmizlə bağlı yayılan saxta xəbərlər və onlarla mübarizə barəsində disskusiyalara cəlb ediliblər. Təlimçilər təlim iştirakçılarını istər mediada, istərsə də sosial şəbəkələrdə yayılan feyk-nyuslara qarşı diqqətli  olmağa, media savadlı olmağa çağırıblar. Daha sonra isə saxta xəbərlər və mediamanipulyasiya halları nümunələrlə, faktlarla izah edilib. Foto-materialların yanıldıcı olmasının insanların yalan düşüncələrə qapılmasına, qərəzli düşüncələrə gətirib çıxarmasına səbəb olması bildirilib. "Bunların qarşısının alınması gələcək jurnalistlərin - sizlərin əlindədir"deyən Xatirə Hüseynova gənc jurnalistləri bir daha diqqətli olmağa, bu hallardan yayınmağa çağırıb.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər