“Səbail”də heyət yenilənir: ciddi dəyişikliklər gözlənilir
Azərbaycanın I Liqa təmsilçisi “Səbail” qış fasiləsində heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır. Baş məşqçi Adil Şükürov bildirib ki, məqsəd Premyer Liqaya vəsiqə qazanmaqdır və bu hədəf üçün yeni, əsasən yerli futbolçular cəlb olunacaq. Komanda çempionatın ikinci yarısına həm taktiki, həm də psixoloji baxımdan ciddi şəkildə hazırlaşacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, “Səbail”in içində hələ də, Premyer Liqaya yüksəlmək şansı var:
“Sadəcə son turda Şimala öz meydançasında məğlub olmaq, üç-dörd hesabı ilə məğlub etmək komandanın planlarını pozdu. Çünki yuxarı əsas rəqibi olan “Şəfa” ilə arasındakı xal fərqi böyükdür və bu xal fərqini aradan qaldırmaq heç də asan olmayacaq. Birinci liqada bu məsələ heç də asan başa gəlmir. Heyətdə köklü dəyişikliklərin olması məcburidir. Çünki “Səbail”in heyəti hələ də rəqabətə davamlı deyil, yəni daha da güclənməlidir. Amma digər tərəfdən də, bu yenilənmə öz mənfi təsirini də verə bilər. Ciddi heyət dəyişiklikləri heç də həmişə uğurlu olmur. Komandanın futbolçularının bir-birinə öyrəşməsi, kollektiv ruhunun formalaşması müəyyən vaxt aparır və bu vaxt ərzində müəyyən xal itkiləri ola bilər ki, bu da komandanın mövsümün sonuna olan planlarını poza bilər. Düşünürəm ki, əgər dəyişiklik olacaqsa belə, heyət ona çox diqqətli yanaşmalıdır. Birinci liqa ilə Premyer Liqa arasındakı fərq daha çox sabit şəkildə nəticələr qazanmağın vacibliyidir. Çünki Premyer Liqada, xüsusən də alsayder komandalarda belə müəyyən səviyyəyə malik olurlar və onlar daha üst pillələrdə olan komandalarla qarşılaşmalarda
ciddi mübarizə apara bilirlər və xal ala bilirlər. Yəni arada səviyyə fərqi olsa da, faciəvi şəkildə deyil“.
Reyhan Quliyeva
