00:00:00
Yazar
Admin User
08.02.2016 12:01 482 1 dəq oxuma
Sosial

“Şəbəkə ” verilişinin aparıcısı “Gənclərin uğur simasında ”

“Jurnalist, vətəndaş jurnalistikası ilə məşğul olan hər kəsə işini asanlaşdırdığı üçün təşəkkür etməlidir.
“Şəbəkə ” verilişinin aparıcısı “Gənclərin uğur simasında ”

“Jurnalist, vətəndaş jurnalistikası ilə məşğul olan hər kəsə işini asanlaşdırdığı üçün təşəkkür etməlidir. Fikirləri  “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsində ANS kanalında yayımlanan Şəbəkə verilişinin aparıcısı Rahil Sayadoğlu səsləndirib.

İnformator.az xəbər verir ki, vətəndaş jurnalistikası ilə məşğul olanlar  qar, yağış, zəlzələ, hər hansı iri miqyaslı yanğında  hadisənin olduğu kimi çəkən və  bunu təmənnasız edənlərdir. Çalışdığı verilişin birbaşa vətəndaş jurnalistikası ilə bağlı olduğunu deyən təlimçi, gənclərlə səkkiz illik televiziya təcrübəsini bölüşüb. Onlara vətəndaş jurnalistikası ilə televiziya jurnalistikasının bir arada tənzimləməyin yollarından danışıb. “Vətəndaş jurnalistikası ilə məşğul olub hadisələri olduğundan daha qabarıq göstərənlər də var.” deyən təlimçi televiziya verilişlərinin insanların istəyini, zövqünü oxşasalar da, onların problemlərinə kifayət qədər yer ayrılmadığına da vurğulayıb.  Məşhurların insanlar arasında olmaması, olan zaman gizlənərək hərəkət etməsi, xalqının hər hansı probleminə sadəcə sosial şəbəkələrdə status yazmağı ilə kifayətlənməsi insanları qıcıqlandırır. Çalışdığı verilişdə maraqlı, efir arxası məqamlarından danışan teleaparıcı tələbələrin suallarını da cavablandırıb. Təlimin sonunda isə layihə rəhbəri Şamil Məhərrəmov iştirakçılara növbəti təlimdə qonaqların kimliyi və hansı mövzu ətrafında fikir mübadiləsi aparacaqları barədə məlumat verib.

Qeyd edək ki, “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatarı İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun təşkilati dəstəyi ilə keçirilir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər