Seçmə mərhələsində hakim təyinatları açıqlanıb
Azyaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakimləri rəsmi şəkildə açıqlanıb.
Mövzu ilə bağlı idman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, hakim təyinatı seçimləri normaldır:
" Rəqiblərimiz Rumıniya, İsrail və Fransadır. Qarşıdurmalarda hakimlərdən çox oyunçularımızın əzmkar yanaşması böyük rol oynayır. İsrailə qarşı qalib gəlmə potensialımız qat-qat çoxdur. Digər komandalara qarşı da xal qazanacağımız güman edilir. Vacib olan taktiki sxemin doğru olması, oyunçularımızın əzm nümayiş etdirməsidir".
Mələk Nəsirli
