Selçuk Bayraktar “Bilim Bakı”da
Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Bilim Bakı" mərkəzini ziyarət edib.
“Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse mərkəzin fəaliyyətinə dair hesabat təqdim edib. 2022-ci ilin avqustundan başlayaraq 30 000-dən artıq şagirdin iştirakı ilə müxtəlif növ təlimlərin, tədbir və layihələrin keçirildiyi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Selçuk Bayraktara “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
