Selin Dion xəstəliyinə görə dünya turunu təxirə saldı
55 yaşlı müğənni xəstəliyi səbəbindən 2023 və 2024-cü illərdəki keçiriləcək bütün konsertlərini ləğv etdiyini açıqlayıb.
İnformator.az Türkiyə mediasına istinadən bildirir ki, Selin Dion sosial media hesabından verdiyi açıqlamada "Hamınızı bir daha məyus etdiyim üçün üzr istəyirəm. Gücümü geri qaytarmaq üçün çox çalışıram. Həqiqətən ən yaxşısı yenidən səhnəyə çıxmağa hazır olana qədər hər şeyi ləğv etməkdir. Hamınızın bilmənizi istəyirəm, mən məğlub olmuram. Mən sizi yenidən görmək üçün də səbirsizlənirəm",- deyə qeyd edib.
Fatimə
