00:00:00
Yazar
Güllər Gülhüseynova
01.06.2026 09:49 32 1 dəq oxuma
Dünya

SEPAH ABŞ-nin zərbələrinə cavab verildiyini açıqlayıb

SEPAH ABŞ-nin zərbələrinə cavab verildiyini açıqlayıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İranın cənubundakı Sirik adasını hədəf almasına cavab verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.

 

Bildirilib ki, ABŞ ordusunun Hörmüzqan əyalətində yerləşən Sirik adasındakı rabitə qülləsinə zərbə endirdiyi aviabaza SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən hədəfə alınıb.

 

"Nəzərdə tutulan hədəflər məhv edilib", - bəyanatda vurğulanıb.

SEPAH ABŞ-ni qarşılıq verəcəyi halda, cavabın "tamamilə fərqli" olacağı barədə hədələyib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubundakı Qoruq rayonunda və Qeşm adasında yerləşən radar obyektlərinə və pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə zərbələr endirdiyini bəyan edib.

#abş-nin #yeni #zərbələrinə #xəbər #sepah
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər