00:00:00
Yazar
Zəri Bayramlı
20.06.2026 22:23 12 1 dəq oxuma
Dünya

SEPAH: Hörmüz boğazı bağlanıb

SEPAH: Hörmüz boğazı bağlanıb

SEPAH Hərbi Dəniz Qüvvələri Livana hücumların davam etməsinə görə Hörmüz boğazının bağlandığını açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Livanda İsrailin hücumlarının davam etməsi və ABŞ-nin atəşkəsin təmin olunması ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.

 

SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, Hörmüz boğazı bağlıdır və gəmilər bu bölgəyə yaxınlaşmamalıdır. Əks halda onların təhlükəsizliyi risk altına düşəcək.

 

Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Xatəmül-Ənbiya qərargahı Livanın cənubunda atəşkəsin pozulmasına cavab olaraq Hörmüz boğazında gəmi hərəkətinin yenidən dayandırıldığını açıqlayıb.

#hörmüz #yeni #azərbaycan #sepah: #boğazı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər