00:00:00
Yazar
Güllər Gülhüseynova
27.03.2026 09:53 26 1 dəq oxuma
Dünya

SEPAH İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib

SEPAH İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib

İran ABŞ və İsrailə qarşı "Gerçək vəd – 4" əməliyyatının 83-cü dalğasını başladıb.

 

"İnformator.az" xəbəf verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

 

Bildirilib ki, əməliyyat çərçivəsində İsrailin cənubunda yerləşən Aşdod şəhərindəki neft anbarları, Modiin şəhərində hərbçilərin yerləşdiyi məkan, ABŞ-nin regiondakı hərbi kəşfiyyat mübadiləsi mərkəzi, "Əl-Dafra (BƏƏ) və "Əl-Udeyd" (Qətər) hərbi bazaları, "Ali əs-Salem" (Küveyt) bazasındakı nəqliyyat təyyarələri və PUA-ların saxlanma və təmir anqarları, həmçinin "Şeyx İsa" bazasındakı qırıcı və reaktiv təyyarələrin yanacaq çənləri, habelə "Patriot" sistemlərinin təmir və texniki xidmət anqarına zərbələr endirilib.

#sepah #xəbər #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər