SEPAH zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər
ABŞ Hərbi Hava Qüvvələri iyunun 28-də İranın hərbi hədəflərinə zərbələr endirib. Bildirilib ki, Ştatların hərbi təyyarələri İranın hərbi kəşfiyyat infrastrukturu, rabitə sistemləri, HHM obyektləri, pilotsuz uçuş aparatlarının anbarları, eləcə də minadöşəmə imkanlarını hədəf alıb.
Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, ABŞ və İran əslində razılaşma əldə edəndən sonra biz onların vaxtaşırı bir-birinin mövqələrinə zərbələr endirdiyini görürük:
“İran Örmüz boğazından keçən gəmiləri atəşə tutur və buna cavab olaraq ABŞ İran ərazisində müəyyən hədəflərə ,eyni zamanda İran tərəfi də Körfəz ölkələrində ABŞ-nin mövqələrinə bəzi zərbələr endirir.Daha doğrusu bu idarə olunan gərginlikdir. SEPAH hələlik İran siyasətində real faktordur və faktiki olaraq ABŞ və İranın İsraildə başladığları savaş SEPAH-ın tam şəkildə İranda hakimiyyəti ələ keçirməsinə imkan yaradıb. Hələlik SEPAH-ın zəiflənməsindən söhbət getmir,təhlükəsizlik sistemində də hansısa bir şəkildə təsir göstərmir. Əksinə 40 günlük savaşdan sonra İran nə qədər ağır zərbələr alsa da, rejim özünü qoruya bildi, ayaqda durdu və bu da İrana geosiyasi müəyyən imkanlar tanıdı və onun iddialarını artırdı. İran hazırda faktik olaraq öz ambisiyalarını həyata keçirməyə çalışır. Bu əməliyyatlar hazırda regionda hansısa bir qüvvələr balansını dəyişmək səviyyəsində deyil. Proseslər hələ davam edəcək, tərəflər müəyyən müddət danışıqları irəli aparmağa çalışacaqlar,eyni zamanda, mövqelərə zərbələr indirməklə. Yaxın və Orta Şərqdə dəyişən odur ki ,İranın bu savaşda aldığı yaralara baxmayaraq, ambisiyaları artıb, o faktiki olaraq Libanda söz sahibliyini legitimləşdirib,Amerika da onu faktik olaraq. Tərəf kimi tanıyıb, Hörmüz boğazı İrana əlavə rıcaqlar verib ki, bu da onun ambisiyalarını artıran əsas şərtlərdən biridir”.
Nurgün Qənizadə