00:00:00
Yazar
Admin User
24.08.2023 11:22 394 2 dəq oxuma
Sosial

Separatçıların "gedişi" proesesi davam edir

Separatçıların "gedişi" proesesi davam edir

Son 3 gündə Xankəndi gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərin sayı 300-ü ötüb. Öz istəkləri ilə ölkəni tərk etmək istəyən ermənilərin əvvəlcə sənədləri yoxlanılır, sonra isə sərbəst hərəkətləri təmin olunur.

Ərazini tərk edən erməniəsilli ailələrin əl yüklərinə baxış keçirilir. Və sərbəst keçidləri təmin olunur. Lakin biri erməni məntəqəni qanunsuz keçməyə cəhd edib. Yeri gəlmişkən keçidi təmin olunanalar arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş vətəndaşlar da üstünlük təşkil edirdilər. 

Bugünlərdə ümumilikdə bir neçə məqam var ki, xüsusilə diqqət çəkmək lazımdır. Həmin məqamlardan biri budur ki, 91 nəfər dünən sərhəd buraxılış məntəqəsinə üz tutmuşdu. Onlar rəsmi qaydada Rusiya sülhməramlı kontingentinə, sərhədçilərimizə müraciət etmşdilər ki, Ermənistana qayıtmaq istəyirik. Və sərbəst şəkildə Laçın sərhəd buraxılış gəldilər. Daha sonra onların adları siyahıya salınmışdı Sərhədçilərimiz tərəfindən baxış keçirildiyi zaman sənədləri yoxlanıldığı zaman bir nəfər şəxsin adının siyahıda olmadığı məlum oldu. Yenidən həmin siyahı tərtib edildi. Ümumilikdə 92 nəfər şəxsin keçidi təmin olundu.


Rəsmi Bakının dəfələrlə təklif etməsinə baxmayaraq separatçı rejim Ağdam yolundan “humanist” məqsədlərlə istifadəni rədd edib.  Laçın xankəndi yolunda qanunsuz cəhdləri ilə mövcud vəziyyəti gərginləşdirməyə çalışıb. Aylardır Ermənistan reinteqrasiyaya deyil, separatizmə can ataraq, irredentizm axtarıb. Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyib. Lakin son 3 gündə reallaşan köç bütün planların puç olmasından xəbər verir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bununla bağlı prezidentin çox dəqiq, konkret bir mövqeyi var idi: “Mövqe odur ki, burada yaşayan ermənilər ya inteqrasiya olunmalı, ya da bu əraziləri tərk etməlidirlər. Burada söhbət xüsususilə separatçılardan gedir. Hansılar ki, ruzun müddətdir onlar orada yaşayırlar. Və Azərbaycan əleyhinə təbliğat aparırlar. Ədavəti qızışdırırlar. Separatizmi dəstəkləyirlər. Artıq separatçılar, həm onların havadarları, həm də onları dəstəkləyən bir sıra dövlətlər anlıyırlar ki, onlar burada heç bir çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər. Və bunu anladıqları dərk etdikləri üçün də onlar bizim ərazilərimizi tərk edirlər”.



Beləliklə, hər hası problemin yaşanmadığı təqdirdə rəsmi Bakının mövqeyi konkretdir. Azərbaycan dövlətçiliyinə xələl gətirməyən heç bir hadisənin olmadığı halda yaşamaq hüququ sərbəstdir. 

 

Aysu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər