SERAH İtan körfəzində hərbi təlimlərə başladı
SEPAH-ın Hərbi Dəniz Qüvvələri avqustun 2-i səhər saatlarından İran körfəzindəki 3 mübahisəli adanın müdafiəsini simulasiya edən genişmiqyaslı hərbi əməliyatlara başlayıb.
İnformator.az xəbər verir ki, təlimin İran körfəzi və ətrafdakı adaların təhlükəsizliyinin qorunmasında SEPAH Hərbi Dəniz Qüvvələrinin səlahiyyətlərini, həmçinin, döyüş müdafiə hazırlıqlarını göstərmək məqsədi daşıdığı bildirilir. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, SEPAH-ın bir qrup komandiri və rəsmisinin iştirakı ilə başlayan təlimlər körfəzdəki 3 mübahisəli adanın müdafiəsini üçün həyata keçirilir. Digər tərəfdən İran bölgədən keçən gəmiləri də yenidən təqib etməyə və ələ keçirməyə başlayıb.
Maraqlıdır, İranın bu addımı son dövrlər Körfəzdə düzəltməyə çalışdığı qonşuluq əlaqələrinə necə təsir göstərə bilər? Körfəz bölgəsində İrana qarşı hansı addımlar atıla bilər? İndiki məqamda İranın bu kimi addımlar atmasının əsas səbəbi son vaxtlar Fars körfəzindəki Böyük Tunb, Kiçik Tunb və Əbumusa adaları ilə bağlı BƏƏ ilə mübahisələrin yenidən alovlanmasıdır. Belə ki, Rusiyada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən sözügedən adaların BƏƏ-yə məxsus olduğu bildirilib. Bununla bağlı İranla ikili danışıqların aparılması, yaxud beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə münaqişənin həll olunması dəstəklənib. Tehran rejimi isə bu bəyanatı rədd edərək, 3 adanın İranın ayrılmaz əraziləri olduğunu iddia edib.
Sözügedən proseslər İranın qonşuları ilə əlaqələrini bərpa etməyə çalışdığı bir dövrdə başlayıb. Görünür, Tehran Çinin təşəbbüsü ilə bölgədə müəyyən mənada yaranan dostluq əlaqələrindən istifadə edərək Körfəzdə mövqelərini daha da gücləndirməyə çalışır. Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, hər nə qədər son dövrlər İranın Səudiyyə Ərəbistanı və digər bir neçə Körfəz ölkəsi ilə əlaqələrində inkişaf olsa da, Tehranın hazırki addımları bütün bu proseslərə zərər verəcək. Çünki təlimlər Fars körfəzində hərbi vəziyyəti gərginləşdirir. “Bundan sonra Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə İran arasında demək olar ki, normallaşma prosesinə son verildiyini də qeyd etmək olar. Çünki İranın bu hərbi təlimləri birbaşa körfəz ölkələrinin təhlükəsizliyini təhdid edir. İran 3 mübahisəli adanı öz qoşunlarını çıxararsa bu əlbətdəki hərbi qarşıdurmaya gətirib çıxara bilər. Konkret olaraq İran Fars körfəzində hərbi vəziyyəti gərginləşdirir. Körfəz ölkələrinin təhlükəsizliyini, süverenliyini təhdid edir. Və haqsız olaraq 3 adaya qarşı ərazi iddiaları irəli sürür”.
Digər tərəfdən İran bölgədən keçən gəmiləri də yenidən təqib etməyə və ələ keçirməyə başlayıb. Tehranın bu addımları Birləşmiş Ştatları narahat edir. Hətta son olaraq, Vaşinqton Hörmüz Boğazı ətrafında təhlükəsizliyi artırmaq üçün bölgədəki hərbi birləşmələrinin sayını artırıb. Hazırda həm körfəz ölkələri, həm də Birləşmiş Ştatları yenidən qarşısına alan İranın irəlidə hansı addımlar atacağı isə hələlik məlum deyil.
Cavid
