Sergey Skripalın zəhərlənməsi-Kimdir günahkar?
Əlimusa İbrahimov
Politoloq
Rusiyanın Baş Kəşfiyyat (QRU) İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi ətrafında qalmaqal səngimək bilmir. Məsələ ətrafında həm İngiltərə, həm mdə Rusiya bir-birinə qarşı diplomatik səviyyədə yeni-yeni tədbirlər həyata keçirirlər. Daha doğrusu, Böyük Britaniya məsələni ikitərəfli qydada analiz edib günahkarı tapmaq əvəzinə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək yolunu tutub.
Məsələni bu qədər böyütməkdə Britaniyanın məqsədi nədir? Nə üçün İngiltərə zəhərlənmə faktının araşdırılması məsələsini gündəmə gətirmir, yaxud, bu məsələdə Rusiya ilə birgə işləməkdən imtina edir? BMT-nin Baş Katibi Antonio Guterres nədən beynəlxalq səviyyədə münaqişəyə səbəb olmuş faktın araşdırılması üçün zəruri tədbir görmür?
Böyük Britaniyanın Rusiyanın əleyhinə və onun imicini dünya dövlətləri arasında salmağa hesablanan addımlarının arxasında Qərb dövlətlərinin xüsusi planlarının dürduğu məlum olur. Uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları və onun Avropadakı müttəfiqləri Rusiyanın getdikcə artan nüfuzu qarşısında aciz duruma düşüblər. Ukrayna hadisələri Rusiyanın qarşısının alınmasında Qərb dövlətlərinə istənilən nəticəni vermədi.
Orta Şərqdə də Rusiya ABŞ və Böyük Britaniyanın maraqlarını alt-üst edən nailiyyətlər əldə etdi. Türkiyə, İranla birləşən Putin indi SSRİ-nin ərəb və müsəlman dünyasında oynadığı rolu və statusu sürətlə geri qytarır. Bu vəziyyətdə siyasi, Rusiya ilə diplomatik və hərbi üsullarla qarşılaşa bilmədiklərinə görə İngilis hiyləsini işə salırlar. Putinin Rusiyanın yeni nüvə silahlarının nümayişkaranə şəkildə sərgiləməsi Böyük Britaniyanı daha da qəzəbləndirdi.
Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi məsələsi ortaya çıxdı. Amma deyəsən köhnə Britaniya əvvəlki kimi işləyə bilmir. Ya da onun toxuduğu torlar əvvəlki kimi həyata keçmir. Yaxud Skripal məsələsini yetərincə hazırlaya bilməmişlər:
- Böyük Britaniyanın Baş Naziri May iddia edirdi ki, keçmiş agentin zəhərlənməsində istifadə olunan Noviçok qazı təkcə Rusiyada istehsal olunub, digər heç bir ölkədə bu silahın tədqiqatı aparılmayıb. Amma əsil həqiqətdə, etibarlı mənbələrin verdiyi məlumata görə Böyük Britaniya özü hərbi lobaratoriyalarında bu və bunun kimi silahları hazırlamaq imkanına malik olub. Bundan başqa, İsrail və ABŞ-da da anoloji tədqiqatların aparıla biləcəyi haqqında məlumatlar var. Digər tərəfdən cinayətkar elementlər, yaxud müxtəlif ölkələrin xüsusi xidmət orqanları Sovet İttifaqı dağıldıqdan sonra bu silahı qeyri-qanuni yolla əldə edib öz silah arsenallarına daxil edə bilərdilər, Baş Nazirin ciddi şəkildə Rusiyanı bi kimyəvi silahın yaradıldığı ölkə kimi göstərməsi heç bir tənqidə tab gətirmir;
- İnsidententin baş verdiyi tarix heç də Rusiya üçün əlverişli vaxt deyildi. Birincisi ona görə ki, Rusiyada prezident seçkilərinin qızğın vaxtı idi və başı seçkilərin keçirilməsinə qarışan Rusya hakim dairələri onlara ünvanlanan ittihamlara yetərli cavab verə bilməyəcəkdi. İkinci, Rusiyanın onsuz da Qərblə yetərincə problemləri mövcuddur və ona tətbiq olunan sanksiyaların sayı durmadan artır. Putin növbəti dəfə dünya ictimaiyyətinin nəzərinə bu hadisə ilə düşmək istəməzdi;
- Hadisənin qurbanı Sergey Skripal Rusiya üçün ciddi təhlükə doğurmurdu. Əgər o təhlükəli olsaydı onu Qərbə təhvil verməzdilər. Digər tərəfdən, bundan sonra baş verə biləcək anoloji hadisələrdə heç kim Rusiyaya etibar etməzdi;
- Britaniyanın hadisə ilə əlaqədar Rusiya ilə əməkdaşlıq etməməsi, xüsusilə əldə olunan dəlillər və şahidlərin ifadələri ilə Rusiya tərfini tanış etməməsi May hakimiyyətinin məkrli niyyətindən xəbər verir;
- Britaniya hakimiyyətinin çox sürətlə hadisənin Rusiya tərəfinə yönəltməsi, ətraflı təhqiqat aparmaq istəməməsi, dərhal Rus diplomatlarının ölkədən çıxartması və Rus mülklərinə əl qoyması haqqında bəyanatları hadisələrin əvvəlcədən hazırlanması şübhəsini meydana çıxarır;
Hadisədən Rusiya əleyhinə istifadə edilməsində təkcə Britaniyanın “günahkar” olduğunu söyləmək sadəlövhlük olardı. Hazırda ABŞ-da Rusiyanın imicinin korlanmasında ciddi maraqlıdır. Xüsusən Tramp hakimiyyəti və Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Amerikada keçirilən prezident seçkilərinə müdaxiləsini unutmuş deyillər. Rusiyadakı prezident seçkiləri zamanı bundan gözəl fürsət ələ düşərdimi? Əlbəttə yox . Deməli MKİ və Mİ6 bir araya gələrək Rusiyanın onun üzərinə atdığı ləkədən qurtula bilərdi.
Rusiyanın hazırlıq mərhələsində olan cavabı maraq doğurur.
