00:00:00
Yazar
Admin User
30.10.2023 13:51 497 1 dəq oxuma
Sosial

Sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyən müəllimlərin fəaliyyətlərinə xitam veriləcək?

Sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyən müəllimlərin fəaliyyətlərinə xitam veriləcək?

Sertifikasiya imtahanın müsahibə mərhələsində uğur qazana bilməyən təhsilverənləri nələr gözləyir? Onlar tədris prosesinə davam edə bilərlərmi? Bu mövzuda Təhsil eksperti İlqar Orucov fikirlərini informator.az-a bölüşüb.

 

Qeyd edək ki, Təhsilverənlərin setifikasiya prosesinin müsahibə mərhələsindən 100 nəfərə yaxın müəllim kəsilib.

 

İlqar Orucovun fikrincə, bütövlükdə, sertifikasiya prosesinin mərhələlərinin birində uğur qazana bilməyən müəllimlərə qarşı münasibət sərt olmalıdır.

 

“Biz bunu təhsilimiz üçün etməliyik. Bəlkə, onlara güzəşt verilər, növbəti dəfə müsahibə mərhələsinə qatıla bilərlər. Bu sonuncu şans ola bilər”.

 

Ekspert hesab edir ki, təhsilverənlərə münasibətdə humanizm nümayiş etdirilməməlidir.

 

“Humanizm yalnız 1 dəfə ola bilər. Uğur qazana bilən tədrisinə davam etməlidir, qazana bilməyən isə tədris prosesindən uzaqlaşdırılmalıdır. Məktəblərdə onlara başqa fəaliyyətlər tapşırıla bilər. Onların uğursuz göstəriciləri məhz müəllim, pedaqoq olaraq pedaqoji fəaliyyətlərinə xitam verilməsinə əsasdır”.

 

Ekspert düşünür ki, kəsilmə halı təkrar yaşanarsa, müəllimin pedaqoji fəaliyyətinə xitam verilməlidir.

 

“Əgər növbəti müsahibə mərhələsi keçirilsə, bundan da kəsilmə halı yaşansa, mütləq şəkildə onların pedaqoji fəaliyyətinə xitam verilməlidir”.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər