Şeydayev "Neftçi"nin əsas heyətindən qovulub
"Neftçi" iki futbolçusunu əvəzedici heyətə göndərib.
Klubdan "İnformator.az"a verilən məlumata görə, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.
Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.
